Azərbaycanda neft məhsullarının istehsalı azalıb

Azərbaycanda neft məhsullarının istehsalı azalıb
13 Avqust 2016
Mətni dəyiş
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1594,1 mln. manat təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu isə əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 4,6% azdır.
Bu ilin 7 ayı ərzində ölkədə 3 141,1 min ton neft məhsulları istehsal olunub.
Hesabat dövründə neft məhsullarından avtomobil benzini və yanacaq mazutunun istehsalında artım qeydə alınıb. Belə ki, yanvar-iyul ayları ərzində 680,9 min ton avtomobil benzini , 405,4 min ton isə yanacaq mazutu istehsal olunub. Avtomobil benzinin istehsalında 0,7%, yanacaq mazutunun istehsalında isə 5,9 dəfə artım qeydə alınıb.
İlin 7 ayı ərzində 114,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 385,6 min ton ağ neft, 1 352,2 min ton dizel yanacağı, 5,1 min ton sürtkü yağları, 85,4 min ton neft bitumu, 112,1 min ton neft koksu istehsal olunub. Bu ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 1,5%, ağ neft istehsalı 1,7%, dizel yanacağı istehsalı 22,8%, sürtü yağlarının istehsalı 63%, neft bitumun istehsalı 8,9%, neft koksunun istehsalı isə 25,2% azalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun