Azərbaycan yığması doqquzuncu medalını qazanıb

Azərbaycan yığması doqquzuncu medalını qazanıb
19 Avqust 2016
Mətni dəyiş
Bu gün Rio Olimpiadasında boks yarışları davam edib. Yığma komandamızın üzvü Kamran Şahsuvarlı yarımfinal mərhələsində mübarizə aparıb.
İlk 2 döyüşündə Zao Minqqanqla (Çin) Artyom Çebotaryovu (Rusiya) mübarizədən kənarlaşdıran 26 yaşlı idmançımız 1/4 final çərçivəsində qazaxıstanlı Janıbek Alimxanuli ilə üz-üzə gəlib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançımız yarımfinala yüksəlməklə, özü üçün minimum bürünc medalı təmin edib.
75 kq çəkidə mübarizə aparan boksçumuz daha yüksək əyarlı medal hədəfini isə reallaşdıra bilməyib. Kubalı Arlen Lopezlə döyüş gərgin mübarizə ilə yadda qalsa da, Kamran məğlubiyyətlə barışmalı olub. Hər üç raundda rəqibindən geri qalan gənc boksçumuz 0:3 hesabı ilə məğlub olub.
Buna baxmayaraq, o, boks yığmamızın ilk medalını rəsmiləşdirərək fəxri kürsüdə yer alıb.
Qeyd edək ki, boks yığmamızın daha bir üzvü Lorenzo Sotomayor (64 kq) da yarımfinala vəsiqə qazanıb və çempionluq şansı davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun