Azərbaycan Yessentukidə 25 mln dollara sanatoriya tikir

Azərbaycan Yessentukidə 25 mln dollara sanatoriya tikir
10 Avqust 2016
Mətni dəyiş
Yessentukidə tikilən sanatoriyaya Azərbaycanın investisiyası 25 milyon təşkil edir. İnterfaks-Azərbaycanın xəbərinə görə, bu barədə Rus-Azərbaycan və Azərbaycan-Rus işçi şurasının geniş iclasında, iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
Şahin Mustafayev öz çıxışında "Azərbaycan şirkətləri öz fəaliyyətlərini Rusiyada uğurla davam etdirirlər, əsasən də Yessentukidə Azərbaycanın 25 milyonluq sərmayəsi hesabına sanatoriya tikilir" deyib.
Bunu deyərkən o, layihəni həyata keçirən şirkətlərin adlarını qeyd etməyib. Bundan əlavə, onun sözünə əsasən, Azərsun Holdinq də Rusiyanın Krasnodar vilayətində bir neçə layihəyə investisiya edib.
“Ümumilikdə, birgə layihələrin sayının artırılacağına ümid edirik”, - deyə Ş.Mustafayev əlavə edib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun