Azərbaycan Olimpiadada ilk qızıl medalını qazanıb

Azərbaycan Olimpiadada ilk qızıl medalını qazanıb
21 Avqust 2016
Mətni dəyiş
Azərbaycan Olimpiya tarixində taekvondo üzrə ilk qızıl medalını qazanıb.
Radik İsayev final görüşündə dünya və Avropa çempionumuz rəqibi Niger idmançısı Abdulrazzak İssufu ilə qarşılaşıb. Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. İkinci hissədə rəqibin başına bir zərbə endirən təmsilçimiz 3:0 hesabı ilə irəli keçib. Raund bu hesabla başa çatıb. Sonuncu raundda daha bir dəqiq zərbə ilə fərqi 6:0 edən Radik qələbəsinə şübhə yeri qoymayıb. Nigerli idmançının cəhdləri isə sadəcə 2 xal qazanmağa çatıb. Bununla da, 6:2 hesablı qələbə qazanan dünya və Avropa çempionumuz kolleksiyasına Olimpiya "qızıl"ını da əlavə edib.
Qeyd edək ki, bu, həm də Azərbaycan millisinin Rio Olimpiadasında qazandığı ilk qızıl medaldır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun