Azərbaycan milli komandası A divizionuna vəsiqə qazanıb

Azərbaycan milli komandası A divizionuna vəsiqə qazanıb
29 Avqust 2016
Mətni dəyiş
İtaliyanın Catania şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Liqası turnirinin Super Final mərhələsində Azərbaycan milli komandası bu gün sonuncu görüşünü keçirib.
Super Final mərhələsinin final qarşılaşmasında milli komandamız Macarıstan ilə üz-üzə gəlib. Matç 5:5 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən futbolçularımız 4:3 (ümumi hesabda 9:8) hesabı ilə qalib gəlib.
Bununla da, millimiz Avropa Liqasının B divizionundan A divizionuna vəsiqə qazanıb.
Xatırladaq ki, Avropa Liqası turnirinin Super Final mərhələsində millimiz Türkiyə yığmasını 5:3, İngiltərə komandasını 2:0, Çexiya futbolçularını isə 5:1 hesabı ilə məğlub etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun