Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb
1 Avqust 2016
Mətni dəyiş
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, dolların məzənnəsi iyul ayının 29-u ilə müqayisədə dəyişməyərək 1,5851 manat təşkil edib.
Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,9% möhkəmlənərək 1,7721 manat olub.
Rubl isə 0,84% bahalaşaraq 0,0240 manat səviyyəsinə yüksəlib.
Türkiyə lirəsi də manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,93% artaraq 0,5309 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1014 manatdır. Beləliklə, funt sterlinq 0,58%-lik bahalaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi isə 0,18% azalaraq 0,6719 manat təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun