ABŞ mətbuatı Azərbaycan daxili valyutasının çöküşündən yazıb

ABŞ mətbuatı Azərbaycan daxili valyutasının çöküşündən yazıb
7 Avqust 2016
Mətni dəyiş
ABŞ-ın məşhur Bloomberg agentliyi Azərbaycan haqqında maraqlı məqalə yayımlayıb. Məqalədə ölkəmizin düşdüyü çətin iqtisadi durum və hökumətin yanlış pul siyasətindən bəhs edilir.
Azərbaycanın rəhbər orqanları bir tərəfdən bankların dollar ehtiyacını təmin etməyə çalışarkən, digər tərəfdən gələcək spekulyasiyaların qarşısını almaq üçün dövriyyədən milli pul vahidi – manatı yığır. Hətta baxmayaraq ki, ölkənin Dövlət Neft Fondu Mərkəzi Bank tərəfindən həftədə 2 dəfə təşkil olunan auksionlarda dollar təminatını gerçəkləşdirir, Mərkəzi Bank ilk dəfə iyun ayında manatı dövriyyədən yığmaq məqsədilə ölkə borcverənlərindən depozit cəlbinə başladı.
“Dövlət Neft Fondu və ya Mərkəzi Bank dollar ehtriyacını tam təmin edə bilmir, buna görə də tənzimləyici orqan əlavə manatları yığmaqla bankların dollar alışını dayandırmaq istəyir,” – İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Samir Əliyev belə deyib.
“Biznesə borc vermək əvəzinə banklar manatı Mərkəzi Bankda depozit kimi saxlayır.”

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun