Tərəflər arasında - Fidan Cahangirli

Tərəflər arasında - Fidan Cahangirli
19 İyul 2016
Mətni dəyiş
Fidan Cahangirli
Azərbaycan, ey mənim “bahalı” yurdum Mən sənin torpağında xariman qurdum İndiysə acığın tutmuşdur mana..
Görəsən hansı səhvimizə görə bizə acığı tutub tanrının? Və ya Azərbaycan niyə bizə divan tutur?
Bir tərəfdə təqaüdçü yaşlılara haqları olan pul verilmir deyə küçələrə tökülüb yol kəsirlər, digər tərəfdə dövlət büdcəsindən deputatlara sadəcə 2 aylıq istirahət üçün 808100 AZN pul ayrılır.
Bir tərəfdən yeni qəbul olunmuş qanunla abturiyentlər imtahan girərkən 25 manat ödənilməlidir deyilir, digər tərəfdən milyonlarla manat dəyərində olan beynəlxalq oyunlar keçirilir.
Bir tərəfdə hələ də işığa həsrət kəndlər varkən, işıq puluna 1 qəpik artım ediblər (bu da ayda əlavədən 3-4 manat pul edir).
Bir tərəfdən dövlət xarici dövlətlərdən borc alır, digər tərəfdən milyonlar verib futbol maykalarına "Land of Fire" yazdırırlar.
Bir tərəfdən 3 günlük körpə, 3 yaşlı uşaq, 37 yaşlı qadın həkim qurbanı olur, 87 yaşlı qadın bu səhvə görə sağlam ayağından olur, digər tərəfdən səhiyyə naziri müailcə üçün Almaniyaya gedir, səhiyyəyə 777,7 milyon pul ayrılır.
Bir tərəfdən rayonlarımızda "mavi qaz"ı olmayan vətəndaşlar əziyyət çəkir, digər tərəfdən SOCAR xristian kilsələrini qazla təmin edir.
Mən isə bir tərəfdən bunları yazıram, digər tərəfdən çarəsizliyimizi, yalnızlığımızı düşünürəm.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun