19 İyul 2016
Mətni dəyiş
Fotoqrafiya həvəskarları üçün əvəzedilməz qurğulardan biri daha bu yaxınlarda patent hüququnun alındığı, istifadəçiyə gözəl dalğalanan saçlarla fotoşəkillər çəkməyə imkan verən ventilyatorun quraşdırıldığı selfi çubuğudur. Qurğunun iş prinsipi çox sadədir. Belə ki, selfi çubuğunda quraşdırılan propeller şəkil çəkdirən insanın saçlarını dalğalandırır.
Məlumata görə, avstraliyalı ixtiraçı Saymon Kantor selfie çubuğunu əsas kimi götürərək onun alternativini kəşf etməklə Android və iOS əməliyyat sistemləri ilə uyğunluq təşkil edən selfi üçün ilk pilotsuz uçan aparat yaradıb.
Kiçikölçülü dron 25 km/saat sürətlə uçur, eləcə də istifadəçidən 25 metr məsafəyədək aralana və 25 dəqiqəyədək havada qala bilir. Həmçinin GPS modulu ilə təchiz edilən aparat maneələrdən yan keçir.
Bundan başqa, qiyməti 400 dollar təşkil edən qurğu istifadəçinin arxasınca nəzarət olmadan uçur ki, bu da ona müxtəlif və çoxlu şəkillər çəkməyə imkan verir.