Cənubi Koreyanın texnologiya nəhəngi Samsung, Çində əsası qoyulan elektrikli maşın istehsalçısı BYD-ni 450 milyon dollara satın alıb.
Bildiyimiz kimi elektrikli maşınlardan istifadə sürətlə yayılmağa başlayıb və bir çox texnologiya şirkəti bu sahəyə xüsusi yatırımlar edir. Həm ətraf mühitə ziyan verməyən, həm də yanacaq qənaəti edən bu cür maşınlardan yaxın bir neçə il ərzində bütün insanların istifadə ediləcəyi gözlənilir.
Elektrikli maşınlar üçün müxtəlif hissələr istehsal edən Samsung, Apple və Google kimi rəqiblərinin bu sahədə inkişafını gördükdən sonra yeni bir yolda addımlağa qərar verib.
Samsung firmasının da elektrikli maşın istehsalına başlamasından sonra bir neçə il ərzində Apple, Tesla, Google ve BYD (Samsung) arasındakı rəqabətin daha da artacağı gözlənilir.