Neft Fondundan büdcəyə ödəmələr artıb

Neft Fondundan büdcəyə ödəmələr artıb
21 İyul 2016
Mətni dəyiş
2003-cü ildən 2016-cı il iyunun 30-na qədər Dövlət Neft Fondundan (ARDNF) Azərbaycanın dövlət büdcəsinə transfertlərin ümumi həcmi 65 mlrd. 662 mln. manat təşkil edib.
“Həmçinin 2016-cı ilin birinci yarımilliyi ərzində ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 1 mlrd. 760 mln. manat təşkil edib”,- deyə fonddan bildirilib.
ARDNF 2003-cü ildə dövlət büdcəsinə transfertlər həyata keçirməyə başlayıb.
Xəbər verildiyi kimi, ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun