NATO yeni qərar qəbul edib

NATO yeni qərar qəbul edib
28 İyul 2016
Mətni dəyiş
Qərara görə artıq quru, hava və dənizdən sonra siber dünya da rəsmi müharibə zonası sayılır.
Günü-gündən inkişaf edən texnologiya sayəsində düşmən olan ölkələr top-tüfəng yerinə barmaq hərəkətləri ilə qarşı tərəfə böyük zərbələr vura bilirlər.
Son zamanlarda siber müharibələr artmaqla da qalmır, sərhəddə gedən müharibələri daha da gərginləşdirir. Bu haldan xəbərdar olan və siber zərbə probleminə çıxış yolu axtaran NATO belə önəmli bir qərara imza atıb.
Alınan qərara görə artıq internet dünyada rəsmi müharibə zonası qəbul edilib. Bundan sonra siber müharibə edən dövlət və qurumlara NATO tərəfindən cavab veriləcək. Əgər NATO üzvü olan bir ölkə siber müharibəyə məruz qalarsa, digər NATO ölkələri də onun yanında olacaq.
Bildiyimiz kimi son zamanlar artan belə zərbələrə Çin, Rusiya, İrandan hakerlər xüsusilə ABŞ-a siber zərbələr göndərirdilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun