Çində 3 krallıq zamanında yaşamış məşhur general Guan Yunun 1320 tonluq 4 min parça bürünc qəlibdən hazırlanmış heykəli düzəldilib.

Uzunluğu 58 metr olan 1320 tonluq bu heykəldə təkcə Yunun əlində tutduğu
Green Dragon Crescent Blade adlı balta 136 ton ağırlığındadır.

Heykəli Han Meilin dizayn edib.
Miladdan sonra 220-280 illərdə mövcud olmuş Üç Krallıq dönəmində Çin Wei, Shu ve Wu xanədanlıqlarından ibarət olmuş üçlü hakimiyyətə tabe olmuşdur.

Doğum tarixi dəqiq bilinməyən Guan Yu, Üç Krallıq dönəminin ilk zamanlarında yaşamışdır. Yu hələ də Şərqin ən populyar şəxsiyyətlərindən biridir və böyük kütlə tərəfindən hörmətlə anılır.