23 İyul 2016
Mətni dəyiş
Gələn il buraxılması planlaşdırılan “iPhone8” smartfonu barədə məlumatlar internetə sızıb.
Məşhur analitik San Çandju sosial şəbəkələrdə bu haqda yazıb. O bildirib ki, yeni cihaz OLED-ekrana və 10-nanometrik texnologiya ilə hazırlanmış çipsetə sahib olacaq.
“iPhone 7 S”i əvəzləyəcək “iPhone 8”in “Apple A11” prosessoru ilə təchiz olunacağı gözlənilir. Bu prosessorlar “Taiwan Semiconductor Manufacturing Company” (TSMC) şirkəti tərəfindən istehsal ediləcək. Prosessorlar “FinFET” 10-nanometriya texnoprosesinin tətbiqi ilə hazırlanacaq.
OLED-ekranları “Samsung”un tədarük edəcəyi iddia olunur. Bir neçə ay əvvəl iki nəhəng texnoloji şirkət arasında əməkdaşlıq sazişi imzalanıb.
S.Çandju qeyd edib ki, “iPhone 7” “Apple”ın maye kristallarla hazırlanan ekranla təchiz olunmuş son smartfonu ola bilər. Onun sözlərinə görə, “Apple” alüminium korpusdan da imtina edərək onları şüşə korpusla əvəzləməyi düşünür. Smartfonların möhkəmliyi “Corning Gorilla Glass 5” materialı sayəsində təmin olunacaq.