Dollar avroya nisbətdə ucuzlaşmaqda davam edir

Dollar avroya nisbətdə ucuzlaşmaqda davam edir
30 İyul 2016
Mətni dəyiş
ABŞ dolları avroya nisbətdə sürətlə ucuzlaşmağa başlayıb.
Buna səbəb II rübdə ABŞ iqtisadiyyatının proqnozlaşdırılandan daha az artım göstərməsi olub. ABŞ-ın Ticarət Nazirliyinin bu gün açıqladığı statistikaya görə, II rübdə ÜDM illik müqayisədə 1,2% artıb. "Bloomberg" agentliyinin sorğu keçirdiyi ekspertlər isə bu rəqəmin 2,5% olacağını proqnozlaşdırıb.
Yenidən baxılan göstəricilərə əsasən, ABŞ iqtisadiyyatı 1,1% deyil, 0,8% artıb. Bu isə 2 illik minimum göstəricidir.
Bu statistika açıqlandıqdan sonra avro 1,1058 dollardan 1,1152 dollaradək bahalaşıb.
Bununla yanaşı, dollar Yaponiya yeninə qarşı 105,4 səviyyəsindən 102,88-dək enib.
Yenin bahalaşmasına həmçinin Yaponiya Bankının monetar siyasətin bir qədər yumşaltması barədə qəbul etdiyi qərar olub. Bununla Mərkəzi Bank iqtisadi artımı və inflyasiyanın 2%-lik səviyyəyə çıxmasını dəstəkləmək niyyətindədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun