Banklar BOKT-a çevriləndə: nə itirir, nə qazanırlar?

Banklar BOKT-a çevriləndə: nə itirir, nə qazanırlar?
26 İyul 2016
Mətni dəyiş
Hazırda lisenziyası ləğv edilmiş Parabank-ın və Dekabank-ın bank olmayan kredit təşkilatına (BOKT-a) çevrilməsi onlar üçün ən yaxşı çıxış yolu hesab olunur. Lakin ənənəvi və müasir bankçılıq xidmətlərinin böyük bir hissəsini öz fəaliyyətlərində cəmləşdirən bankların BOKT-a çevrilmələri ilə udub-uduzacaqları nə olacaq, bu maraqlıdır... Bank BOKT olanda itirir:
  •          Mərkəzi bankda və digər banklarda müxbir hesabları açmaq
  •          fiziki və hüquqi şəxslərdən depozit qəbul etmək,
  •          hər hansı hesablaşma kassa əməliyyatı aparmaq
  •          banklararası bazarda birbaşa iştirak etmək,
  •          beynəlxalq pul köçürmələri aparmaq
kimi fəaliyyət növlərini həyata keçirməkdən məhrum olacaq. Məlumdur ki, BOKT-lar ancaq kreditləşmə ilə məşğul ola bilirlər və onlar hüquqi şəxs qismində depozit hesabı açmaq hüququna malikdirlər. Qeyd edək ki, Parabank Wester Union-un agent bankıqismində çıxış edirdi. Yəni, Wester Union beynəlxalq pul köçürmə sisteminə birbaşa çıxışı olmayan banklar agent bank kimi Parabank-ın xidmətindən istifadə edirdilər.  BOKT-a çevrildiyi halda isə Parabank agent-bank funksiyasını da itirəcək. Bank BOKT olanda qazanır: 
  •          BOKT-lara olan nizamnamə kapitalı tələbi 300 min AZN təşkil edir.
  •          Prudensial normativ tələblər daha yumşaqdır.
Yəni, BOKT olan zaman əlavə kapitallaşma yükündən azad olunurlar. Əsas fəaliyyəti kreditləşmə üzərində qurulduğundan əlavə kadr tələbinə də ehtiyac azalır.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun