Avqustun 1-dən dörd ləğv edilən bankın əmanətçilərinə kompensasiya veriləcək

Avqustun 1-dən dörd ləğv edilən bankın əmanətçilərinə kompensasiya veriləcək
30 İyul 2016
Mətni dəyiş
Avqustun 1-dən "Parabank", "Zaminbank", "Kredobank" və "Dekabank"ın əmanətləri üzrə kompensasiya veriləcək.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirilən mətbuat konfransında deyib ki, 4 bank üzrə ümumi kompensasiya məbləği 110 mln 714 mindir.
Parabankda fiziki əmanətlər üzrə kompensasiya məbləği 43 mln 788 min manat, ümumi əmanət məbləği 87 mln 619 min manatdır.
Zaminbankda 36 mln 350 min manatlıq əmanət kompensasiya ediləcək, ümumi əmanət məbləği 53 mln 632 min manatdır.
Kredobankda kompensasiya məbləği 27 mln 768 min, ümumi əmanət məbləği 30 mln 206 min manatdır.
Dekabankda  kompensasiya məbləği 2 mln 807 min manat, ümumi əmanət məbləği 5 mln 585 min manatdır.
A. Cavadovun sözlərinə görə, kompensasiyaların verilməsi hər bir bankın özü tərəfindən aparılacaq. Sığortalanan ümumi əamnət məbləği 30 iyun üçün 4,5 mlrd manatdır.
O həmçinin bildirib ki, sığortalanan əmanətlər üzrə kompensasiya verilməsi başa çatandan sonra həmin banklarda istisnasız bütün əamnətlər üzrə kompensasiya verilməyə başlanılacaq.
ADIF-in məlumatına görə, əmanətlərin 80%-i xarici valyuta da olub.
1 mart 2016-cı il üçün manatla 12% və xarici valyuta ilə 3%-dək illik faizlə qoyulan əmanətlər məbləğindən asılı olmayaraq qorunan əmanət sayılır. Bu qayda 1 mart 2019-cu ilə kimi qüvvədə olacaq..
1 mart 2016-cu ilə kimi məbləği 30 min manatdan, illik dərəcəsi 12%-dən çox olmayan əmanətlər sığortalanıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun