Kann Kino Festivalında bu il kimlər var?

Kann Kino Festivalında bu il kimlər var?
18 Aprel 2016
Mətni dəyiş

Ken Loach, Sean Penn və Pedro Almodovarın çəkdikləri yeni filmlər gələn ay keçiriləcək Kann Kino Festivalında rəqabət aparmalı olacaq. Ümumilikdə isə, bu il festivala 20 film təqdim edilib. Loach-un “Mən, Daniel Blake” (I, Daniel Blake), Penn-in “Sonuncu sifət” (The Last Face) və Almodovarın “Julieta”sı Qızıl palma - Palme d'Or mükafatı uğrunda mübarizə aparacaq. Britaniyalı Andrea Arnold bu festivalada iştirak edən üç qadın rejissordan biridir. Bu festivalda həm də Qızıl Palma mükafatının bundan əvvəlki qalibləri, Belçikalı Jean-Pierre və Luc Dardenne qardaşları iştirak edirlər. 1999 və 2005-ci il festivallarının qalibi olmuş qardaşların builki filmi “Naməlum qız” (The Unknown Girl) adlanır. ABŞ rejissorları Jeff Nichols və Jim Jarmusch-un da filmləri münsiflər heyəti tərəfindən seçilib. Nicholsun “Sevmək” (Loving) filmindıə 1950-ci illərdə Virginiada hökm sürən irqçilikdən bəhs olunur, Jarmusch-un “Paterson” filmində isə “Ulduz Müharibələri” (Star Wars) silsiləsinin aktyoru Adam Driver avtobus sürən şairi oynayır. 11-22 may arasında keçiriləcək builki festivalın açılışında Woody Allen-in yeni “Kafe Cəmiyyəti” (Café Society) komediyası göstəriləcək. Steven Spielberg-in “The BFG”, Jodie Foster-in “Pul əcinnəsi və yaxşı uşaqlar” (Money Monster and The Nice Guys) filmləri də müsabiqədənkənar nümayiş etdiriləcək. Bu filmlərdə Russell Crowe və Ryan Gosling çəkiliblər. Iggy Pop-un “Gimme Danger” filminə (rejissor Jarmusch) festivalın gecəyarısı seansında baxış olacaq. “Qızıl Palma” uğrunda mübarizə aparacaq başqa filmlər Paul Verhoeven-nın “Elle”, Nicolas Winding Refn-in “Neon cin” (The Neon Demon) və Cənubi Koreyadan Park Chan-Wook-un “Agassi” filmidir. “Qızıl Palma” mükafatının taleyini isə “Dəli Max” (Mad Max) serialının avstraliyalı yaradıcısı George Miller-in sədrliyi ilə münsiflər heyəti müəyyən edəcək.

Baş mükafat üçün rəqabət aparan 20 film arasında Pedro Almodovar (solda), Ken Loach (ortada) və Sean Pennin (sağda) filmləri də var. Ken Loach, Sean Penn və Pedro Almodovarın çəkdikləri yeni filmlər gələn ay keçiriləcək Kann Kino Festivalında rəqabət aparmalı olacaq. Ümumilikdə isə, bu il festivala 20 film təqdim edilib. Loach-un “Mən, Daniel Blake” (I, Daniel Blake), Penn-in “Sonuncu sifət” (The Last Face) və Almodovarın “Julieta”sı Qızıl palma - Palme d'Or mükafatı uğrunda mübarizə aparacaq. Britaniyalı Andrea Arnold bu festivalada iştirak edən üç qadın rejissordan biridir. Bu festivalda həm də Qızıl Palma mükafatının bundan əvvəlki qalibləri, Belçikalı Jean-Pierre və Luc Dardenne qardaşları iştirak edirlər. 1999 və 2005-ci il festivallarının qalibi olmuş qardaşların builki filmi “Naməlum qız” (The Unknown Girl) adlanır. ABŞ rejissorları Jeff Nichols və Jim Jarmusch-un da filmləri münsiflər heyəti tərəfindən seçilib. Nicholsun “Sevmək” (Loving) filmindıə 1950-ci illərdə Virginiada hökm sürən irqçilikdən bəhs olunur, Jarmusch-un “Paterson” filmində isə “Ulduz Müharibələri” (Star Wars) silsiləsinin aktyoru Adam Driver avtobus sürən şairi oynayır. 11-22 may arasında keçiriləcək builki festivalın açılışında Woody Allen-in yeni “Kafe Cəmiyyəti” (Café Society) komediyası göstəriləcək. Steven Spielberg-in “The BFG”, Jodie Foster-in “Pul əcinnəsi və yaxşı uşaqlar” (Money Monster and The Nice Guys) filmləri də müsabiqədənkənar nümayiş etdiriləcək. Bu filmlərdə Russell Crowe və Ryan Gosling çəkiliblər. Iggy Pop-un “Gimme Danger” filminə (rejissor Jarmusch) festivalın gecəyarısı seansında baxış olacaq. “Qızıl Palma” uğrunda mübarizə aparacaq başqa filmlər Paul Verhoeven-nın “Elle”, Nicolas Winding Refn-in “Neon cin” (The Neon Demon) və Cənubi Koreyadan Park Chan-Wook-un “Agassi” filmidir. “Qızıl Palma” mükafatının taleyini isə “Dəli Max” (Mad Max) serialının avstraliyalı yaradıcısı George Miller-in sədrliyi ilə münsiflər heyəti müəyyən edəcək.

“Pul əcinnəsi” (Money Monster) filmində Clooney girov vəziyyətinə düşmüş televiziya aparıcısını oynayır. Rejissorlardan Almodovar-ın adı bu yaxınlarda hay-küy salmış Panama sənədləri qalmaqalında hallandırılırdı. Sızmış sənədlərdə rejissorun və onun qardaşı Agustinin adına ofşor şirkətlər olduğu üzə çıxmışdı. Deyilənlərə görə, bu qalmaqalla əlaqədar Almodovar “Julieta” filmi haqqında əvvəlcədən planlaşdırılmış müsahibədən imtina edib. Bu filmdə söhbət 10 ildir ki, itkin qızını axtaran anadan gedir. Rejissor Loach-un “Mən, Daniel Blake” filmi isə xəstələndikdən sonra dövlət müavinətinə möhtac qalmış dülgərin həyatından bəhs edir. 79 yaşlı rejissor Palme d'Or mükafatını son dəfə 2006-cı ilıdə “Arpalığı titrədən külək” (The Wind That Shakes the Barley) filminə görə alıb. Andrea Arnold-un “Amerikan gülməşəkəri” (American Honey) filmində həyatın ilk sınaqlarına düşən yeniyetmə qızın (Shia LaBeouf) həyatından bəhs edilir. Festivalın qırmızı xalçası üzərində bu il George Clooney, Julia Roberts və Charlize Theron kimi ulduzların gəzəcəyi gözlənilir. Kann Festivalının həvəsləndirici Un Certain Regard bölümündə daha 17 film nümayiş etdiriləcək.

BBC

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun