Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi qardaş ölkə üçün nəinki təsirsiz ötüşəcək, hətta ağır bədəllər ödəyəcək. Bu siyasi qətl Ərdoğanın Suriya siyasətinin iflası deməkdir.
RTE-nin Suriya siyasətinin filası ölkəyə 3 milyondan çox qaçqının gəlməsi, terrorçu qruplaşmaların həftə səkkkiz-mən doqquz partlayışlar törətməsiylə özünü göstərir. Bu dəfə isə bölgənin əsas dövlətlərindən biriylə təzə yoluna qoyulmuş münasibət uzun müddətli yara aldı.
Ərdoğanın Yaxın Şərq siyasətinin iflasını göstərmədən əvvəl Türkiyə Cumhuriyyətinin bölgəylə bağlı ənənəvi siyasətinə nəzər yetirək. Yazı uzun alınsa da üzrlü sayın. Aydın olmayan sahəsi qalmasın deyə əhatəli yazıram.
TC 1923-cü ildə elan olunduqdan sonra Yaxın Şərq ölkələriylə keçmiş vassal kimi yox, bərabərhüquqlu dövlətlər kimi əlaqələr qurmağa başladı. M.K.Atatürk həmin coğrafiyanın özəlliklərini bildiyindən məsafəli davranmağa çalışırdı. Ölkəni Avropanın (mədəni dünyanın) bir parçası etmək hədəfi qoyduğundan onlara problem yatarmış coğrafiyadan ən azı mədəni olaraq uzaqlaşmaq istəyirdi. Bu uzaqlaşmaq aşağılamaq anlamında deyildi. Çünki qonşuları da belə qəbul etmirdilər. Atatürkün inqilabları və dövlət qurucuları qonşular üçün belə ilham qaynağı oldu. İran, Misir, Suriya, İraq modernizasiya prosesində Türkiyəni örnək almışdılar.
“Yurdda sülh, cahanda sülh” deviziylə xarici siyasətini yürüdən Türkiyə tam 2000-ci illərə qədər pis-yaxşı balansı qoruya-qoruya gəlmişdi. Özündən asılı olmayan səbəblərdən NATO-nun üzvüydü. Bu üzvlüklə belə SSRİ və sonrasında Rusiya ilə az-çox normal münasibətlər qurmuşdu. Tarixi mirası və regional mövqeyinə görə qonşularla ara-sıra münasibətləri gərginləşdirsə də indiki qədər bərbad gündə deyildi. Rəsmi Ankara heç vaxt başqa ölkənin daxili işinə bu qədər burnunu soxmamışdı.
2002-də hakimiyyətə gələn AKP komandası belə qərara gəldilər ki, Türkiyə indiyə qədər soyuq suyu üfürə-üfürə içib, bölgədə potensialının çox aşağısında siyasət yeridib. “Yurrda sülh, cahanda sülh” siyasəti ölkəni layiq olmadığı mövqeyə həbs edib. TC bölgədə daha mühim və daha güclü siyasi oyunçu ola bilər. Keçmiş imperiyalar itirdikləri yerləri təbii nüfuz dairələri kimi qəbul edirlərsə niyə də Türkiyə bundan yararlanmasın. Çox uzağa getmək lazım deyil, Rusiya buna nümunədi. SSRİ-nin varisi kimi eks müttəfiq ölkələrini öz nüfuzunda hesab edir. Başqa ölkələrin ora müdaxiləsinə də qısqanclıqla yanaşır.
Erdoğan və AKP-i Türkiyənin Osmanlı keçmişi qabartmağa başladılar. İran xaric bölgəni özlərinki saymağa başladılar. Ağayana, yuxarıdan aşağı münasibət əlbəttə heç kimin xoşuna gəlməyəcəkdi. Üstəgəl heç kimin də Osmanlı nastalgiyası yoxdu. Devleti-Aliyə gəlsin də bizi qurtarsın deyənlərin olması erdoğançı medianın uydurmasından başqa bir şey deyildi.
“Qonşularla 0 problem” siyasəti gəlib “0 qonşu” oldu. AKP münasibəti gərginləşdirmədiyi ölkə qoymadı. Hamıya ilişdi, ayar verməyə çalışdı. 2009-cu ildə “Mavi Marmara” hadisəsində İsrail prezidntinə qarşı RTE-nin “one minute” jesti onun nüfuzunu ərəb obıvatelləri arasında qismən yüksəltsə də elita onu qəbul etmək fikrində deyil. Erdoğan da bunun yaxşı fərqində idi. Odur ki. Nüfuzunu yeritmək üçün fürsət gözləyirdi.
İstədiyi məqam 2011-ci ldə ərəb inqilabları zamanı yetişdi. Tunisdən başlayan ayaqlanmadan ilham alan suriyalılar uzun illərdi rəhbərlik edən Əsəd ailəsindən yaxa qurtarmaq istədilər. Amma Bəşər Əsəd H.Mübarək, Qəzzafi, Zine el-Abdin Ben Əlidən fərqli olaraq “day-dayı”sı güclüydü. Çünki onun hakimiyyətdə olması iki böyük bölgə dövlətinin İranın və Rusiyanın maraqları tam cavab verirdi. Hə ikisi də Əsədin devrilməməsi üçün əllərindən gələni etdilər və edirlər də.
Əsədi devirib yerinə öz istədikləri qüvvələri keçirmək istəyən Erdoğan öncə sivil müxalifəti silahlandırdı. Qısa zamanda bölgədə yeni qüvvələr peyda oldu. Əl-Nusra, İŞİD kimi radikal islamçılar dünyanın müxtəlif ölkələrindən yığıdıqları silahlılarla Əsədi devirməyə yox, öz dövlətlərin qurmağa girişdilər. Onların bölgədəki mövcudiyyəti böyük dövlətlərin marağına cavab verirdi. Həm də onlardan dəstək də alırdılar. Yaxın Şərqin ötən əsrin 20-ci illərində xətkeşlə çəkilən sərhədləri də yeni münaqişələrin alovlanmasında xüsusi rol oynadı. Suriya, İraq kimi dövlətləri süni bir qurum sayan İŞİD iki dövlətin ərazisində özünə “dövlət” yaratdı.
Zəbt etdiyi ərazilərdə qatı şəriət hökmlərini icra edən İŞİD və onun peyk qruplaşmaları hər tərəfdən anklav şəraitdə mövcud olsalar da silah və ərzaqla daim təmin olunmuş kimi görünürdülər. İŞİD-ın Mosulu tutarkən ələ keçirdiyi silah və külli miqdarda pul, üstəgəl də çox ucuz qiymətə satdığı neft əsas gəlir qaynağı oldu.
Ərdoğan Türkiyənin Əl-Nusra kimi terrorist qruplaşmalara yardım etməsi gizli qala bilmədi. Çünki əsrhəd bölgələrində saqqallı tiplərin artması, xəstəxanalarda müharibə yaralılarının çoxalması, hava limanlarında daha çox gözə girmələri medianın diqqətinə düşdü. Bir qədər sonra isə “MİT TIR-ları” hadisəsi göstərdi ki, dəyirmanın suyu hardan gəlirmiş.
RTE bütün varlığıyla nifrət etdiyi Cumhuriyyəti başdan dəyişdirmək idealını təxirə salmaq istəmirdi. Özünü yeni Osmanlı sultanı, Suriya və İraqı da Osmanlı təəbəsi kimi görürdü. Elə bilirdi ki, o bölgədə hamı qurtarıcı sultanın həsrətindədi.
Erdoğan ənənəvi siyasəti dəyişərək məzhəbçi davranmağa başladı. Bundan əvvəl də belə davrananlar olmuşdu. Turgut Özal, Menderes buna misaldı. Lakin bu dəfə ifrata varıldı. RTE az qala hər çıxışında sünniliyə xüsusi vurğu basırdı. Əlinə imkan düşəndə şiəlik və ələviliyi aşağılamaqdan çəkinmirdi.
Erdoğanın fürsətçiliyindən də Amerika və Avropa dövlətləri gen bol istifadə etdilər. Müxtəlif vədlərlə Suriya bataqlığına itələdilər. İstədiklərini etdikdə isə vədlərinə xilaf çıxdılar. Çünki Türkiyə oyuna kartları açıq gedirdi.
Bu söz acığınıza gəlməsə də deyilməlidi: Bölgənin ağa (ları)sı var. Həmin ağa (lar) Türkiyə kimi ölkələri böyük məmnuniyyətlə “lox”lamağa hazırdılar. Niyə də etməsinlər. Sadəcə qaya kölgəsində yatan it misalı RTE bütün baş verənlərin kəramətini özündən sayıb qaza gəlir. Elə zənn edir ki, bölgənin siyasətinə bu ayar verir. Gözü ayağının altını görmədiyindən də ciddi səhvlər edir.
Artıq vəziyyət o həddə gəlib ki. Ona qaz verənlərin mənafelərinə zidd gəlir. İpini müxtəlif yollarla çəkəndə isə baş verənlərin tək suçlusu kimi “xarici qüvvələri” göstərir. Bunu da yeyən xeyli adam var.
Türkiyəlilərdə belə bir atalar sözü var. Bükə bilmədiyin əli öpəcəksən. Siyasətdə də belədi. Üstün gələ bilmədiyi qüvvələrlə hesablaşacaqsan. Ay imperializm belə getdi, istismar belə gəldi ədəbiyyatı hakimiyyətin yuxarı eşalonunda keçmir. Orada məqsəd, əldəki güc və proses var. Bunları uyğunlaşdırmaq, gücünlə məqsədinin nisbətini praqmatik ağılla ölçəcəksən. Davranışın da buna görə olacaq.
Super güclərlə hesablaşmaq o demək deyil ki, onlar nə desə edəcəksən. Sənin də qırmızı xəttlərin olacaq və onlara anladacaqsan ki, bunların ziddinə davranmağa məni məcbur edə bilməzlər. Lakin bu qırmızı xəttlər hansısa dini, məzhəbsəl dünyagörüşünə görə yox, milli mənafelərdən çıxış edərək müəyyən olunmalıdı.
Yoxsa ki, bütün uğursuzluğunu xarici qüvvələrin üstnüə atmaqla problemlər nəinki həll olunur, əksinə dərinləşir. “Dış mihraklar” öz işlərini görürlər. Sənin vəzisən onun qarşısında durub vəziyyəti öz lehinə çevirə bilməkdir.
Türkiyənin regional oyunçu olmaq haqqı çox təbiidir. Bir də ki. O olmayıb da kim olasıdır ki. Ancaq bu siyasətlə nəinki reginal oyunçu, unitar dövlət kimi belə varlığı sual altına düşür.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.