11 Dekabr 2016
Mətni dəyiş
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İstanbul şəhərində törədilmiş terror aktını pisləyib.
Biz İstanbulda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik.
Azərbaycan Xarici İşlər Nazirliyinin dekabrın 10-da İstanbulda baş verən terror aktıyla bağlı açıqlamasında belə deyilir.
XİN-nin açıqlamasında qeyd edilib ki, bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq: “Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir”.
Qeyd edək ki, dekabrın 10-da İstanbulda baş verən iki terror hadisəsi nəticəsində 38 nəfər ölüb, 155 nəfər yaralanıb.