20 Dekabr 2016
Mətni dəyiş
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Qeyd edək ki, dünən Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov güllələnərək öldürülüb. Bundan sonra Türkiyədəki bir sıra səfirliklər gücləndirilmiş iş rejiminə keçib, ABŞ və İranın diplomatik nümayəndəlikləri isə bir günlük bağlanıb.