Xəzərin hüquqi statusu üzrə İşçi qrupunun növbəti iclası keçiriləcək

Xəzərin hüquqi statusu üzrə İşçi qrupunun növbəti iclası keçiriləcək
12 Dekabr 2016
Mətni dəyiş
2017-ci ilin yanvar ayında Türkmənistanda Xəzərinhüquqistatusu üzrə İşçi qrupunun növbəti iclası keçiriləcək. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov bəyan edib.
“Gələn il yanvar ayında Aşqabadda Xəzərin hüquqi statusu üzrə İşçi qrupunun növbəti iclası keçiriləcək. İclasda növbəti sammitə, o cümlədən, Qazaxıstanda keçiriləcək XİN başçılarının görüşünə hazırlıq məsələləri müzakirə olunacaq”, - deyə X.Xələfov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bütün bu tədbirlər sammitdə Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin qəbuluna yönəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun