Valyuta hərracında dollar yenə qalxdı

Valyuta hərracında dollar yenə qalxdı
20 Dekabr 2016
Mətni dəyiş
Mərkəzi Bankın valyuta hərracında dollar yenə bahalaşıb. Turan-ın məlumatına görə, hərrac 1 dollar üçün 1,7525 manat məzənnəsi ilə başlayıb və 1.7570 manat məzənnəsi ilə başa çatıb.
Mərkəzi Bankın informasiya siyasətinin qeyri-şəffaf olması ilə əlaqədar xarici valyutanın tələb və təklif həcmini aydınlaşdırmaq mümkün deyil.
Dolların məzənnəsi oktyabrın ortalarından etibarən artır. Kommersiya banklarında dolların satış məzənnəsi 1,80 manatı keçir. "Qara bazar"da satış məzənnəsi 1 dollar üçün 2 manata yaxındır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun