Vahid taksi tarifi ilə bağlı təkliflər nəzərdən keçirilir

Vahid taksi tarifi ilə bağlı təkliflər nəzərdən keçirilir
21 Dekabr 2016
Mətni dəyiş
“Bakının mərkəzi yollarında salınan bəzi yaşayış kompleksləri birbaşa əsas yola çıxır. Bu da hərəkət axınına təsir edir. Hər bir yaşayış kompleksi salınarkən sakinlərin nəqliyyat əmsalı nəzərə alınmalıdır. Bu məsələlərin araşdırılmasına ehtiyac var”.
Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli dekabrın 21-də keçirdiyi mətbuat konfransında belə deyib.
V.Kərimli bildirib ki, hər bir yaşayış kompleksində orada yaşayacaq sakinlərin minimum 75 faizini təmin edəcək dayanacaqlar olmalıdır:
“Hal-hazırda məsələ ilə bağlı müvafiq dövlət qurumları ilə danışıqlar aparılır”.
BNA rəhbəri son zamanlar taksi fəaliyyətinin təşkili ilə bağlı müəyyən tədbirlərin həyata keçirildiyini bildirib. Onun deməsində görə, taksi fəaliyyəti göstərən 7215 hüquqi və fiziki şəxs barədə məlumat bazası hazırlanıb.
“Hazırda Bakıda 15-16 min taksi minik avtomobili fəaliyyət göstərir”, deyən BNA rəhbəri taksilərdə əsassız qiymət artımını önləmək məqsədi ilə tədbirlər görüldüyünü bildirib. Onun deməsinə görə, əlaqədar qurumlara vahid taksi tarifinin müəyyən edilməsi ilə bağlı təkliflər göndərilib.
V.Kərimli Bakı şəhərində günün pik saatlarında yaranan nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı planlar hazırlandığını qeyd edib:
“Tıxacların aradan qaldırılması məqsədilə dövlət qurumlarında iş vaxtının başlama saatlarının dəyişdirilməsi ilə əlaqədar təklif layihəsi hazırlanıb. Nazirlər Kabinetinə təqdim etmişik”

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun