22 Dekabr 2016
Mətni dəyiş
Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahramanın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 21-də Azərbaycana gəlib.
Beynəlxalq Aeroportda Türkiyə Böyük Millət Məclisinin sədrini Milli Məclis sədrinin müavini Valeh Ələsgərov qarşılayıb.
Səfər çərçivəsində İsmail Kahraman Milli Məclisin sədri Oqtay Əsədovla görüşməlidir. Birgünlük səfər çərçivəsində Türkiyə və Azərbaycan parlamentləri arasındakı əlaqələr, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmalıdır.
İsmayil Kahraman Türkiyənin hakim Adalet və Kalkınma Partiyasından (AKP) İstanbulun millət vəkili seçilib.