7 Dekabr 2016
Mətni dəyiş
“Bakıdakı bütün villalar mənimdir. Kim istəyir şəkillərini çəksin və altından da dediklərimi yazsın”.
Bu sözləri jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakıda dəbdəbəli villasının olması ilə bağlı yayılan videoya münasibət bildirərkən deyib.
O, belə şər-böhtanlara baş qoşmadığını bildirib: “Biz öz işimizlə məşğuluq”.
Qeyd edək ki, üç gün əvvəl mətbuatda böyük və dəbdəbəli bir villanın videosu yayılıb. Tikintisi tam başa çatmamış həmin villanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova məxsus olduğu iddia edilib.
Səlim Müslümova məxsus olduğu bildirilən villadan foto-şəkillər: