Rövşən Ağayev: "2017-ci ilin büdcəsi qədər qeyri-müəyyənliklərlə dolu hazırlanmış büdcə sənədi olmayıb"

Rövşən Ağayev: "2017-ci ilin büdcəsi qədər qeyri-müəyyənliklərlə dolu hazırlanmış büdcə sənədi olmayıb"
5 Dekabr 2016
Mətni dəyiş
İqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkədə 2017-ci ilin dövlət büdcəsində olan qeyri-müəyyənliklərdən yazıb. İqtisadçının fikirlərini təqdim edirik. 
Ekspert qurupumuzun davamlı olaraq büdcə araşdırmaları ilə məşğul olduğu son 12 ildə 2017-ci ilin büdcəsi qədər qarmaqarışıq, qeyri-müəyyənliklərlə dolu hazırlanmış büdcə sənədi olmayıb.
Hökumət bir yana, son illər nisbətən daha detallı məlumatlar açıqlamağa cəhd göstərən Hesablama Palatasının da bu dəfə xeyli çətinlik cəkdiyi hiss edilir. Məslən, 2017-ci ildə sosial müdafiə xərclərinin 650 mln. manat azaldılmasına hətta Hesablama Palatasının öz rəyində cavab axtardığı barədə yazmışdıq.
Başqa bir qeyri-müəyyənlik kənd təsərrüfatı sektoru ilə bağlıdır.
2016-cı ildə ərzaq təhlükəsizliyi proqramı çərçivəsində mineral gübrələrin, motor yağı və yanacağın dəyərinin ödənilməsi üçün fermerlərə 155.6 mln. manat subsidiya xərci nəzərdə tutulmuşdu.
2017-ci ildə həmin xərc 148 mln. manata enib. Amma nəzərə alaq ki, 2017-ci ildə 3 yeni istiqamətə - pambıqçılıq, tünü və barama üçün də subsidiya ödənəcək.
Məntiqlə əvvəlki ilə nisbətən subsidiyanın həcmi xeyli artmalıdır, amma 8 mln. manat azalma var. Bunun bir səbəbi o ola bilər ki, hökumətin fermerlərin əvvəlki əkin növlərindən sürətlə yeni subsidiyalaşdırılan sahələrə keçəcəyini gözləyir.
Hər halda büdcə izahatında bu tip sulların cavabı millət vəlkilləri üçün aydınlaşdırılmalıdır.
Ya da ümid edədk ki, deputatlarımız özləri sabahdan başlayan büdcə müzakirlərində aydınlaşdırmağa çalışacaqlar...

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun