26 Dekabr 2016
Mətni dəyiş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Nardaran hadisələrində həbs olunmuş Taleh Bağırzadə və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Taleh Bağırzadəyə ömürlük, Fuad Qəhrəmanlıya 11 il, Abbas Hüseynova 20 il, Cabbar Cabbarova 19 il, Rasim Cəbrayılova 17 il, Ramin Yarıyevə 10 il, qalanlarına 15 il iş istəyib.
Proses yanvarın 9-da davam etdiriləcək.