Prokuror Bayram Məmmədova 10 il 6 ay iş istədi - [Yenilənib]

Prokuror Bayram Məmmədova 10 il 6 ay iş istədi - [Yenilənib]
2 Dekabr 2016
Mətni dəyiş
Dövlət ittihamçısı NİDA Vətəndaş Hərəkatının üzvü, heykəl məhbusu Bayram Məmmədova 10 il 6 ay iş istəyib.
Abzas.net xəbər verir ki, dövlət ittihamçısı Bayram Məmmədova 10 il 6 ay iş istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsində Elnulla Vəliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında vəkil Elçin Sadıqov iştirak etmədiyinə görə prosesi 9 dekabr saat 12:00-a təxirə salınıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur. 
Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb. Oktyabrın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Qiyas İbrahimova 10 il həbs cəzası verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun