Ölkə ərazisində bəzi saytlar yenidən bloklanıb

Ölkə ərazisində bəzi saytlar yenidən bloklanıb
26 Dekabr 2016
Mətni dəyiş
Azərbaycan ərazisində "Amerikanın səsi" və "Azadlıq" radiolarının saytlarına giriş yenidən çətinləşib. Bu problem bir müddətdir ki, davam edir.
Xəbərdə deyilir ki, ictimai rezonans doğuran tənqidi materiallar dərc edilən kimi bu radionun saytına daxil olmaq müşkülə çevrilir.
"Meydan" TV və "Azadlıq" qəzetinin saytları ilə də bağlı oxşar mənzərə yaranıb.
Ölkə xaricində isə həmin saytlara girişdə problem yoxdur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bloklanmanın səbəblərini açıqlamır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun