23 Dekabr 2016
Mətni dəyiş
"Nokia", "Apple"-ı 32 ağıllı telefon patentini icazəsiz istifadə etdiyi səbəbiylə məhkəməyə verir.
Telefon istehsalçılarının patentli texnologiyaları üçün bir-birini durmadan məhkəməyə verdiyi günləri xatırlayırsınız. O günlər hələ də davam edir.
Telefon bazarında adını artıq çox görmədiyimiz "Nokia", çərşənbə günü verdiyi açıqlamaya görə, "Apple"-ı sahib olduğu 32 yeni ağıllı telefon patenti ilə əlaqədar məhkəməyə verib. "Microsoft" 2014-cü ildə "Nokia"-nı satın almasıyla ilan oyunu oynadığımız Nokia telefonların sonunu gətirmiş olsa da, firmanın hamısını almamışdı. Firmanın patent işini icra edən "Nokia Technologies" "Microsoft"un satın almadığı hissələr arasında yer alır.
"Apple" barəsində şikayət edən "Nokia Technologies", "Apple"-ın 2011-ci ildə müəyyən patentlər üçün ödəmə etməyə başladığını, ancaq bu 32 əlavə patent üçün ödəmə etmədiyini söyləyir. Şikayətə mövzu olan patentlər, "ekran, istifadəçi interfeysi, proqram təminatı, antena və video kodlaşdırmağı" əhatə edir.
"Apple" isə hələ "Nokia"nın bu şikayəti haqqında açıqlama verməyib.