NİDA Bayram Məmmədovla bağlı bəyanat yaydı

NİDA Bayram Məmmədovla bağlı bəyanat yaydı
9 Dekabr 2016
Mətni dəyiş
NİDA Vətəndaş Hərəkatı üzvü Bayram Məmmədova 10 il həbs cəzası verilməsi ilə bağlı bəyanat yayımlayıb. Bəyanatda deyilir:
"Bu gün şərlənərək həbs olunmuş daha bir üzvümüz - Bayram Məmmədov haqqında Bakı Ağır Cinayətlər Məhkəməsində 10 il azadlıqdan məhrumetmə cəzası verilib.
NİDA Vətəndaş Hərəkatı olaraq eyni iş üzrə həbs olunmuş Qiyas İbrahimova və Bayram Məmmədova bu cür ağır cəza verilməsini "heykəl məhbusları"na qarşı qisas və gənclərin gözünü qorxutmaq cəhdi kimi qiymətləndiririk. Ədalətsiz məhkəmənin bu dəfə də siyasi sifarişlə verdiyi hökm hakimiyyətin gənclərin mübarizə əzmini qırmaq üçün atdığı növbəti addım olduğunu göstərir.
NİDA Vətəndaş Hərəkatı olaraq bəyan edirik ki, hakimiyyətin repressiyalarına baxmayaraq Azərbaycanın demokratikləşməsi üçün apardığımız mübarizə davam edəcək.  Azərbaycan hakimiyyəti müxalif düşüncəli insanlara qarşı apardığı repressiya siyasətindən əl çəkməli, ölkəni saldıqları iqtisadi və siyasi böhrandan çıxarmaq üçün real və köklü islahatlara tez bir zamanda başlamalıdır. Qonşu ölkələrin sürətlə Avropaya inteqrasiya etdiyi bir vaxtda gəncləri şərləyərək həbs etmək Azərbaycan hakimiyyətinə kömək etməyəcək.
NİDA Vətəndaş Hərəkatı olaraq bütün yerli və beynəlxalq ictimaiyyəti "heykəl məhbusları" Qiyas İbrhaimovun və Bayram Məmmədovun müdafiəsində iştirak etməyə çağırırıq".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun