13 Dekabr 2016
Mətni dəyiş
İsrail baş naziri Binyamin Netanyahu Azərbaycan və Qazaxıstana rəsmi səfər üçün yola çıxıb.
İsrail KİV-inin məlumatına görə, səfər zamanı onu ekologiya naziri Zeev Elkin müşayiət edəcək.
Bakıya səfəri zamanı B.Netanyahunun Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparması, yəhudi icmasının nümayəndələri ilə görüşməsi planlaşdırılır.
Dekabrın 14-də isə İsrail hökumətinin başçısı Qazaxıstana gedecək. Burada o, prezident Nursultan Nazarbayevlə danışıqlar aparacaq. Görüş zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması gözlənilir.