Neft olmayan ölkənin neftçisi - Rəfiq Əlili

Neft olmayan ölkənin neftçisi - Rəfiq Əlili
16 Dekabr 2016
Mətni dəyiş
Rəfiq Əlili
Yazıya hardan, necə başlayım bilmirəm. Tenisdən mi, futboldan mı, dominodan mı, lap istəsəniz nərddən də danışa  bilərəm. Səhər yemək yeməmişən, acam bir az, kababdan, buğlamadan, suşidən, meksika mətbəxindən də söhbət aça bilərəm, amma lazım deyil, çünki daha çox acmaq istəmirəm, nahar fasiləsinə hələ çox var. Ədəbiyyat, riyaziyyat, fəlsəfə, şou biznes, indi oxuyanlar deyəcəklər ki, ədəbiyyat, riyaziyyatdan başlayıb, şou biznesdə bitirmək nədir, amma bitirməmişəm, hələ davam edir.
Mən əslində uşaqlıqdan başladım, məhkəmə, proses, şikayət, ərizə, nə bilim e, canım sizə desin kassasiya,  qoşma, xitam, cinayət, cəza, bunlardan çox danışmaq istəmirəm, fikrinizi yayındıraram, elə bilərsiniz Dostoyevskidən yazacam.
Bir az, lap az Elton Quliyevdən danışmaq və yaxud yazmaq istəyirəm. Elton Quliyev Azərbaycanın hüquq camiasının öndə gedən vəkillərindəndir, əksəriyyət də onu elə tanıyır. Əslində çox cuzi qeyd etdim, çünki layiq olduğu tərifi, onun haqqında çox danışmağı, hər gün qəzetlərə çıxmağı (gündəmdə qalmaq üçün), soaial şəbəkələrdə pullu reklamlar etməyi xoşlamır.
[caption id="attachment_17910" align="alignnone" width="640"] Elton Quliyev[/caption]
Elton Quliyev insanlığı, kişiliyi, elə yaşamağı sevir, qazanmağı da, xərcləməyi də, söhbət puldan gedir, insanlardan yox,  təmənnasız yardımları, dar gündə yanında olmağı, yaxşılıq edib dəryaya atmağı, haqqın yanında olmağı (dırnaq arası haqqın yox a, əsl haqqın),  bütün ortamlarda öz fikrini ifadə etməyi, azadlığı sevir... Yazdıqlarımı keçmiş zamanda da ifadə edə bilərdim, amma ədalətsiz olmaq istəmirəm, o, hələ də var, olacaq da, görüşə bilsək də, bilməsək də.
İndinin özündə də, onun haqqında danışanda, mərhum vəkil, görkəmli hüquqşünas və s. müraciətlər edirlər, həqiqət isə başqa sözü deyir, Elton Quliyev əslində nə hüquqşünas, nə də vəkildir, sadəcə o sahədə boşluq olduğu üçün onu doldurmağa, yardım etməyə çalışır, əslində isə, o neftçidir, neft olmayan ölkədə, neft çıxardan neftçi... İndiki dövrdə neftə ümid az olsa da, mənim qəti qorxum yoxdur, Elton Quliyev çıxardar, axı o, neftçidir, həm də, neft olmayan ölkənin neftçisi...
 
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun