27 Dekabr 2016
Mətni dəyiş
Cassini stansiyası Saturnun təbii və qeyri-standart formaya sahip peyki olan Pandoranın fotosunu təqdim edib.
Foto dekabrın 18-də Cassini stansiyasının missiyası ərzində Pandoraya ən yaxın olduğu zaman (40,5 min km) çəkilib. Fotonun miqyası hər pikselə 240 metr təşkil edir.
Cassini-Huygens missiyası NASA və Avropa Kosmik Angentliyin ortaq layihəsidir. Əsas məqsəd Saturnun, onun üzüklərinin və Titanın (Saturnun ən böyük peyki) araşdırılmasıdır. Bunun üçün 1997-ci ildə Floridadan avtomatik kosmik raket buraxılmışdır. Raket 2004-cü il iyulun 1-də o Saturnun orbitinə çatmış, dekabrın 25-də isə ondan Huygens zondu ayrılmışdır. Zond 2005-ci il yanvarın 14-də Titanın səthinə enmişdir.