3 Dekabr 2016
Mətni dəyiş
Müsavat Partiyasının fəalı Raymonda Əliyeva dekabrın 2-i axşam saatlarında Xətai rayon polisindən buraxılıb.
Partiyanın aparat rəhbəri Gülağa Aslanlının Turan-a verdiyi məlumata görə, polisdə Əliyevanı facebook-dakı statusları və sosial şəbəkədə paylaşdığı nəşrlərlə bağlı dindiriblər.
Xüsusən, iradlar qaz və elektrik enerjisi qiymətlərinin artırılması mövzusundakı nəşrlərlə bağlı olub. Əliyeva öz növbəsində deyib ki, o, qanun pozmayıb və onun nəşrləri ifadə azadlığına uyğundur.
Aslanlının sözlərinə görə, bu gün daha bir neçə səfər bənzər səbəblərlə polisə çağırılıb. Aslanlı bunu hüquq-mühafizə orqanlarının vətəndaşların sosial şəbəkələrdəki fəaliyyətinə nəzarət kimi qiymətləndirib ki, bu da ifadə azadlığına təhlükədir.
Müsavat Partiyası bəyanatla çıxış edərək, polisin partiya fəalı Raymonda Əliyevanı saxlamasını pisləyib.
Yayılmış bəyanatda bu akt insan hüquqlarının pozulması və hakimiyyətin müxalifətə təzyiq kampaniyası kimi qiymətləndirilir.
Müsavat Əliyevanın dərhal azad edilməsini tələb edib.
Müsavatın press-relizində qeyd edilir ki, Raymonda Əliyeva dekabrın 2-də 35-ci polis bölməsinə çağırılıb, daha sonra Xətai rayon polis idarəsinə aparılıb. Bir neçə saat saxlanıldıqdan sonra polis onu evinə aparıb, burada onun şəxsi noutbuku götürülüb. Sonradan Əliyevanı polis idarəsinə qaytarıblar.