Məmməd İbrahim tibb məntəqəsinə yerləşdirilib

Məmməd İbrahim tibb məntəqəsinə yerləşdirilib
2 Dekabr 2016
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdəki müşaviri Məmməd İbrahimin səhhətində problemlər yaranıb. O, 16 sayli cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə yerləşdirilib.
Bu barədə AXCP sədrinin müşavirinin oğlu Turan İbrahim məlumat yayıb.
“Ağrıları olub. Həkimlər müayinə ediblər. Beyninə qanın yaxşı işləmədiyini deyiblər. İynə-dərman yazıblar”.
T.İbrahimin sözlərinə görə, Məmməd İbrahim tibb məntəqəsində 20 gün müalicə alacaq.
Xatırladaq ki, M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında ötən il sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan M.İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istərkən M.İbrahim onları da vurub.
Bundan sonra M.İbrahimə ittiham ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. O, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.
Ancaq M.İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun