Kris Smit Azərbaycanda prezidentin onlayn təhqirinin kriminallaşdırılması haqqında qanunu pislədi

Kris Smit Azərbaycanda prezidentin onlayn təhqirinin kriminallaşdırılması haqqında qanunu pislədi
7 Dekabr 2016
Mətni dəyiş
Ötən həftə Azərbaycan Cinayət Məcəlləsinə düzəlişlər edildikdən sonra ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smit bəyanat yayıb: "Şübhəsiz, prezidentin onlayn "təhqir olunmasına" görə cinayət məsuliyyəti nəzərdə tutan yeni müddəalarına əsasən həbs olunan şəxs siyasi məhbus olacaq.
Bu yeni müddəalar açıq-aşkar insan hüquqları sahəsində beynəlxalq standartları  və Azərbaycanın ATƏT qarşısındakı öhdəliklərini pozur.
Azərbaycan hökumətini bu müddəaları ləğv etməyə və siyasi məhbusları, o cümlədən hökuməti tənqid etdiyinə görə əsassız olaraq həbs olunanların azad etməyə çağırıram", deyə bəyanatda qeyd edilir.
Kristofer Smit Azərbaycan hökumətinin müstəqil jurnalistlərin, müxalif siyasətçilərin və  vətəndaş cəmiyyəti qruplarının səsinin kəsilməsi üzrə sistemli addımlarına diqqət çəkmək məqsədi daşıyan Azərbaycanda Demokratiya Qanununun (H.R. 4264) sponsorlarından biridir. Bu qanun Azərbaycan hökumətinin yüksək vəzifəli üzvlərinə viza verilməsindən imtina olunması nəzərdə tutur. Azərbaycan ali rəhbərliyi və hökumət, təhlükəsizlik xidməti, məhkəmə orqanlarının üzvləri ilə işgüzar münasibətlərdən maliyyə gəliri əldə edən şəxslərə də sanksiyalar tətbiq olunur.
 Sanksiyalar Azərbaycan hökuməti siyasi məhbusların azad edilməsi məsələsində böyük irəliləyiş əldə etdikdə, vətəndaş cəmiyyətinin sıxışdırılmasına son qoyduqda, habelə azad və ədalətli seçkilər keçirdikdə ləğv oluna bilər

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun