Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi açıqlandı

Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi açıqlandı
29 Dekabr 2016
Mətni dəyiş
Hökumət iqtisadiyyatın inkişaf etdirilməsi ilə bağlı daha bir sənədi- “Azərbaycanda kommunal xidmətlərin (elektrik, istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi“ni açıqlayıb.
Yol xəritəsində nəzərdə tutulan məqsədlərə çatmaqdan ötrü yeddi strateji hədəf müəyyən edilib.
Birinci hədəf
İlk strateji hədəf kommunal xidmətlər sektorunun tənzimlənməsində dayanıqlılığın və effektivliyin təmin edilməsini nəzərdə tutur.
Bu hədəfə çatmaqdan ötrü kommunal xidmətlər sektorunda vahid tənzimləyici orqanın və məqsədli fondun yaradılmasının nəzərdən keçirilməsi planlaşdırılır.
İkinci, üçüncü hədəf
İkinci hədəf tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsidir.
Üçüncü hədəf isə dünya üzrə orta səmərəlilik və keyfiyyət standartlarının tətbiqi ilə bağlıdır.
Sənədə görə, elektrik stansiyalarının səmərəliliyi artırılmalı, elektrik enerjisi itkiləri azaldılmalı və keyfiyyət yüksəldilməlidir.
Dördüncü, beşinci, altıncı və sonuncu hədəf
Dördüncü hədəfdə səmərəli və effektiv qazpaylama infrastrukturunun yaradılması nəzərdə tutulur.
Yol xəritəsinin beşinci və altıncı hədəfi yüksək səviyyəli su idarəetmə strukturunun yaradılması, təchizatda itkilərin azaldılması ilə bağlıdır.
Sənədin sonunda dayanıqlı və etibarlı istilik təchizatı infrastrukturunun yaradılması hədəf götürülüb.
Yol xəritəsində vurğulanır ki, müəyyən edilmiş strateji hədəflərə nail olmaqdan ötrü 2020-ci ilədək təxminən 8 150 milyon manat investisiya tələb olunacağı proqnozlaşdırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun