İlham Əliyev: "Bu gün vətəndaşlara ən müasir tibbi xidmət göstərilir"

İlham Əliyev: "Bu gün vətəndaşlara ən müasir tibbi xidmət göstərilir"
3 Dekabr 2016
Mətni dəyiş
"İndi bu xəstəxana ən yüksək standartlara cavab verir. Həm artıq burada bütün abadlıq işləri görülüb və həm də xəstəxana gözəl, müasir avadanlıqla təmin edilib. Əminəm ki, burada göstəriləcək tibbi xidmət də yüksək səviyyədə olacaq".
Abzas.net xəbər verir ki, bu sözləri Zərdaba səfəri zamanı prezident İlham Əliyev Rayon Mərkəzi Xəstəxanasının açılışında bildirib. O, deyib ki, hökumət sosial siyasətini bu gün də uğurla həyata keçirir və sosial siyasət əsas istiqamətdir.
"İnsanların sağlamlığı, onların ömrünün uzunluğu, sağlam həyat tərzi – bütün bunlar bizim üçün prioritetdir. Azərbaycan vətəndaşları bu gün ən müasir tibbi xidmətə layiqdirlər və bunu görürlər. Son illərdə Azərbaycanda 600-dən çox müasir tibb ocağı tikilib və ya əsaslı təmir edilib. Ölkəmizdə pulsuz müayinədən keçmə siyasəti aparılır. Hər il milyonlarla insan yeni yaradılmış tibb ocaqlarında diaqnostikadan keçir, onlara lazımi xidmət göstərilir və beləliklə, insanlarımız dövlət hesabına öz sağlamlığını qoruyurlar", - deyə prezident vurğulayıb.
İlham Əliyev qeyd edib ki, o, əvvəlki illərdə xəstəxanaların açılışlarında dəfələrlə hər bir insanın hər il müayinədən keçməli olduğunu bildirib: "Artıq biz buna nail olmuşuq. Bu il ölkə üzrə dörd milyondan çox insan müasir xəstəxanalarda müayinədən keçib".
Prezident bildirib ki, Zərdab rayonunda insanların sağlamlığı üçün digər tədbirlər də görülüb və artıq dörd ildir ki, fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun