"Heykəl məhbusu" Bayram Məmmədov 1 yaşından həbsinə qədər [Fotolar]

"Heykəl məhbusu" Bayram Məmmədov 1 yaşından həbsinə qədər [Fotolar]
22 Dekabr 2016
Mətni dəyiş
Heydər Əliyevin heykəlini yazdığına görə 10 il azadlıqdan məhrum edilən daha bir gəncin fotolarını təqdim edirik, lap körpəlikdən həbsinə qədər. O, dostu Qiyas İbrahimlə birgə Azərbaycanda heykəlləşməyə, əslində Heydər Əliyevin doğum günü olan yersiz gül bayramlarına etiraz ediblər.
Gənclər Heydər Əliyevin heykəlinə "Gül Bayramınız Mübarək" əvəzinə "Qul Bayramınız Mübarək" yazıblar və bunu da gizlətməyiblər. Amma onları həbs edən hakimiyyət gəncləri heykəl yazma ittihamı ilə tutmağı arxa plana keçirib. Və hər iki gəncin evində 1 kiloqrama yaxın heroin tapılması iddiasını irəli sürüb. Bir-birinin ardınca gənclər 10 il azadlıqdan məhrum edilib.
Buna da baxın: Heykəl məhbusu Qiyas İbrahimov 1 yaşından həbsə qədər – [Fotolar]
Qiyas İbrahim kimi Bayram Məmmədov da məhkəmədəki son sözündə etdiyi əməldən qətiyyən peşiman olmadığını deyib.
"Mən özümü qətiyyən dustaq saymıram. Mən azadlıq aşiqiyəm. Bunların anormal vətən, vətənpərvərlik anlayışı var. Bunların vətən anlayışı ulu öndərləri Heydər Əliyev və layiqli davamçısı İlham Əliyevə münasibətlə ölçülür. Onları sevirsənsə, deməli, vətənpərvərsən. Qarşı çıxırsansa, deməli, xəyanətkarsan. Vətənə xəyanət edirsən. Sonra da telekanallarda məlum olur ki, sənin qərb təşkilatları ilə əlaqələrin var, o təşkilatları da erməni lobbisi maliyyələşdirir. Əgər vətən Heydər Əliyev Fondudursa, Heydər Əliyev adına Hava Limanıdırsa, Heydər Əliyev adına idman kompleksidirsə, Heydər Əliyev Mərkəzidirsə, Heydər Əliyev Muzeyidirsə, ucsuz-bucaqsız Heydər Əliyev prospektidirsə, Azərbaycanın bütün şəhər və rayonlarındakı saysız hesabsız Heydər Əliyev parklarından ibarətdirsə, bəli, mən vətənə xəyanət edirəm. Və bununla fəxr edirəm. Məni vətənə xəyanətə görə də mühakimə edə bilərsiniz. Axmaqlar haradan bilsinlər ki, əsl vətənpərvərlik xalqı bu hakimiyyətdən qorumağa çalışmaqdır".
Buna da baxın: Hakimlər Bayram Məmmədovun son sözünə dözməyərək zalı tərk edib [Tam mətn]
 Mən birinci təklifdən imtina edəndən sonra başqa təkliflər gəlməyə başladı:
"Cavan oğlansan, yaxşı maaşın, işin ola bilər..."
Əxlaqlı insanlar aldıqları yaxşı təhsildən başqalarını yağmalamaq, rüşvət almaq, zülm etmək məqsədilə istifadə etmirlər. Bilmirəm, bu zalda rüşvət alan var, ya da yoxdur. Varsa da, Rəsul Rzanın bu iki misrasını demək istəyirəm: Sən də kişi qoymusan adını, Rüşvət alıb, saxlayırsan arvadını. Azərbaycanda bu gün polislərin işi cinayətkarlığın qarşısını almaqdan ibarət deyil. Onlardan bu rejimin xalq üzərində hakimiyyətini qoruyub saxlamaq üçün istifadə olunur. Qiyası tutanlardan xəbərim yoxdur, amma məni tutanlar "Ə, babamızın heykəlini yazan sənsən?" - deyə soruşurdular. Görəsən, onların nənələri necə həyat yaşayıb ki, babalarının kim olduğunu bilmirlər".
Buna da baxın: Qiyas İbrahimov: “Bunların hər şeyi yalan üzərində qurulub”
  [caption id="attachment_18577" align="aligncenter" width="750"] Bayram Məmmədov (soldan) 1 yaş və qardaşı 3 yaş[/caption] [caption id="attachment_18579" align="aligncenter" width="750"] Burax məni, gedirəm heykəl yazmağa![/caption] [caption id="attachment_18580" align="aligncenter" width="1184"] Novruz bayramı, tonqalımız da öz yerində...[/caption] [caption id="attachment_18581" align="aligncenter" width="1184"] Əmi uşaqları, yəqin indi mənim üçün darıxırlar...[/caption] [caption id="attachment_18582" align="aligncenter" width="1727"] Artıq böyümüşəm, çoxlu dostlarım var. Soldan ikinci, sağdan da üçüncü mənəm...[/caption] [caption id="attachment_18578" align="aligncenter" width="1754"] Əlifba bayramı, "Gülü heç kimə verən deyiləm, şarınızı tutun bəsdir..."[/caption] [caption id="attachment_18583" align="aligncenter" width="750"] Dəqiq yadımda deyil, burda neçə yaşım var və bura haradır[/caption] [caption id="attachment_18584" align="aligncenter" width="750"] Lap böyümüşəm ha... Əsl Bayrama oxşayıram[/caption] [caption id="attachment_18585" align="aligncenter" width="750"] Yeni ildir, Şaxta baba da bizdədir...[/caption]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun