29 Dekabr 2016
Mətni dəyiş
İrsi xəstəliklərin müalicəsi üçün DNT-in redaktəsi insanlığı dahilərdən məhrum edə bilər. Bu barədə Cambridge Univeristetindən bioloq James Kozubek bildirib.
Alim hesab edir ki, genetiklər CRİSPR kimi texnologiyaların tətbiqi zamanı ehtiyatlı olmalıdırlar. Bu genlərin modifikasiyası dünyanı yeni Şekspir və ya Hovkinqdən məhrum edə bilər.
Kozubek, gen variantlarının dəyişdirilməsinin psixoloji xəstəliklərin inkşafına təkan verəcəyindən və neqativ təsirdən ehtiyat edir. Belə ki, iki zərərli mutasiya müəyyən şərtlər altında xeyirli ola bilər. Onun sözlərinə görə, şizofreniya və depressiya kimi xəstəliklər çox zaman yüksək intellekt və yaradıcılıq bacarıqları ilə əlaqəli olur. Belə ki, biopolar xəstəliklərə yaradıcılıq tələb etməyən peşə sahiblərinə nisbətən yazıçılarda 10, şairlərdə isə 40 dəfə çox rast gəlinir.
Qeyd edək ki, CRİSPR - bakteriyalarda yad DNT hissələrinin tapılması və atılması sistemidir. Tədqiqatçılar bu sistemi mutasiyaya məruz qalmış genlərin düzəldilməsi və modifikasiya olmuş orqanizmlərin taradılması üçün istifadə edirlər.