Faiq Əmirlinin səhhətində problem yaranıb

Faiq Əmirlinin səhhətində problem yaranıb
10 Dekabr 2016
Mətni dəyiş
"Azadlıq" qəzetinin həbsdə olan maliyyə direktoru Faiq Əmirlinin səhhəti son günlər pisləşib.
Bu barədə onun həyat yoldaşı Lalə Əmirli sosial şəbəkədə məlumat paylaşıb. Onun sözlərinə görə, sonuncu telefon danışığı zamanı F.Əmirli, mədəsində kəskin ağrıların yenidən baş qaldırdığını deyib.
Faiq Əmirlinin vəkili Aqil Layıcov bildirib ki, payızın gəlməsi ilə onun mədə xorası kəskinləşib, dieta və normal müalicə olmaması isə onun vəziyyətini ağırlaşdırıb:
"Dəfələrlə müraciət olmasına baxmayaraq, istintaq indiyədək onun avtomobilini qaytarmayıb. Avtomobil guya içərisində ekstremist kitablar tapıldıqdan sonra müsadirə olunub. Bu iş üzrə sənədlər Avropa İnsan Hüquqları Məhkəməsinə hazırlanır".
Xatırladaq ki, AXCP sədrinin köməkçisi və "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirov avqustun 20-də Fətullah Gülən ideyalarının Azərbaycanda təbiliği haqqında gülünc ittihamla həbs olunub. Amma həbsdən sonra hakimiyyət Güləni yaddan çıxartdı və Əmirovu "Azadlıq" qəzetinin maliyyə mənbələri haqqında dindirməyə başladı.
Qəzetin bütün digər əməkdaşları da dindirməyə çağırılır, onlardan hakimiyyətin maliyyələşməsini tamamilə əngəllədiyi halda qəzetin necə mövcud ola bildiyini öyrənməyə çalışırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun