Faiq Əmirlinin işi Avropa Məhkəməsində

Faiq Əmirlinin işi Avropa Məhkəməsində
15 Dekabr 2016
Mətni dəyiş
Avropa İnsan Haqları Məhkəməsi həbsdə olan "Azadlıq" qəzetinin yayım direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirli ilə bağlı kommunikasiya işlərinə başlayıb.
Bunu AzadlıqRadiosuna vəkil Aqil Layıcov bildirib: "İndi kommunikasiya mərhələsi başlanır. Hökumətə suallar ünvanlanacaq, hansı suallar olacaq, bunu bilmirəm".
F.Əmirli bu il avqustun 20-də saxlanıb. Ona Cinayət Məcəlləsinin 283-2-ci (milli, irqi, dini düşmənçilik salma) və 168.1-ci (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) maddələri ilə ittiham verilib.
F.Əmirli ittihamlarda bu il iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-ə yaxın imam kimi təqdim olunur.
AXCP bəyanat yayaraq ittihamları uydurma adlandırıb. Bu həbsi "Azadlıq" qəzetinə və partiyaya təzyiqlər kimi dəyərləndirib. F.Əmirli də ittihamları rədd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun