2 Dekabr 2016
Mətni dəyiş
Ermənistan dördüncü ildir ki, Avropada ən çox silahlanmış ölkə hesab olunur.
“Global Militarisation Index”- Bonn Beynəlxalq Konversiya Mərkəzinin beynəlxalq silahlanma indeksinə dair 2016-cı il üçün hesabatında belə deyilir.
Hesabatda, Ermənistandan sonra Rusiya, Kipr, Yunanıstan və Azərbaycan gəlir.
Qeyd edək ki, Azərbaycan əvvəlki hesabatda Avropada 4-cü yerdə idi.
Sonrakı yerlərdə Belarus, Ukrayna, Türkiyə, Finlandiya və Estoniya gəlir.
152 ölkəni əhatə edən hesabat hər min nəfər əhaliyə düşən hərbçilərin sayına, hərbi xərclərin ÜDM-ə nisbətinə, hərbi xərclərin səhiyyə xərclərinə nisbətinə, həmçinin ordunun və ağır silahların sayına görə müəyyən edilir.
Ümumilikdə isə Azərbaycan dünyada bu göstəriciyə görə hazırda 9-cu yerdə gəlir, bir il əvvəlsə 8-ci idi.
2007-2009-cu illərdə Ermənistan silahlanmanın səviyyəsinə görə dünyada 8-ci, 2010-2012-ci illərdə 4-cü, 2013-cü ildən başlayaraq isə dünyanın 3 ən çox silahlanmış dövləti sırasında yer alır.
Dünya üzrə siyahıya İsrail başçılıq edir,ondan sonra Sinqapur və Ermənistan gəlir.
Sonrakı yerləırdə isə İordanya, Rusiya, Koreya respublikası, Kipr,Yunanıstan, Azərbaycan və Bruney gəlir.