Elgiz Qəhrəmanın işinə baxacaq hakim məlum olub [Foto]

Elgiz Qəhrəmanın işinə baxacaq hakim məlum olub [Foto]
1 Dekabr 2016
Mətni dəyiş
Siyasi məhbus Elgiz Qəhrəmanın cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində icraata verilib və işə baxacaq hakimlər kollegiyası məlum olub. 
Abzas.net xəbər verir ki, nidaçı məhbusun işinə Bakı Ağır Cinayətlər Məhkəməsini hakimi Azad Məcidovun sədrliyində hakimlər kollegiyası baxacaq.
Qeyd edək ki, hakim Azad Məcidov hakim olmamışdan əvvəl MTN-də mühüm işlər üzrə baş müstəntiq, 1-ci şöbənin rəisi, İbtidai İstintaq İdarəsinin rəis müavini işləyib. 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyir.
azad-mecidovO, bundan əvvəl nidaçı siyasi məhbus Qiyas İbrahimova hökm oxuyan, Ənvər Seyidovun sədrlik etdiyi hakimlər kollegiyasının üzvü olub.
Xatırladaq ki, Elgiz Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onu 5 ildən 12 ilədək həbs təhlükəsi gözləyir.
Onu bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar və vəkili yanına buraxmayıblar. Vəkillərin bildirdiyinə görə, həbsdə olan fəal həmin idarədə işgəncələrə məruz qalıb.
Elgiz Qəhrəman və NİDA həbsin siyasi motivli olduğunu bildirib. Gənc fəal sosial şəbəkədə yazdığı fikirlərə görə həbs olduğunu bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun