Elgiz Qəhrəmanın məhkəməsi təxirə salınıb

Elgiz Qəhrəmanın məhkəməsi təxirə salınıb
9 Dekabr 2016
Mətni dəyiş
Dekabrın 9-u Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın işi üzrə hazırlıq iclası keçirilib.
Abzas-ın xəbərinə görə, Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmədə vəkillər iştirak etməyib. Hakimlər heyəti prosesi dövlət tərəfindən təyin edilmiş vəkillə davam etməyi təklif etsə də Elgiz Qəhrəman bu təkliflə razılaşmayıb.
Məhkəmə prosesi dekabrın 14-ü saat 14:00-a təxirə salınıb.
Qeyd edək ki, Elgiz Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün barəsində CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qətimkan tədbiri seçilib. NİDA Vətəndaş Hərəkatı Elgiz Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun