23 Dekabr 2016
Mətni dəyiş
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) yeni səlahiyyət verilib.
Bununla bağlı Prezident İlham Əliyev“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 396-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə fərman imzalayıb.
Fərmana əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinin və ya məhv edilməsinin, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən hər bir ağacın və ya kol əkililərinin qanunsuz kəsilməsinin, zədələnməsinin və ya məhv edilməsinin qarşısının alınması üçün nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirəcək.