Dünyanın ən yaxşı qapıçısı bəlli olub

Dünyanın ən yaxşı qapıçısı bəlli olub
26 Dekabr 2016
Mətni dəyiş
Bavariya futbol klubunun qapıçısı Manuel Neuer 2016-cı ilin ən yaxşı qapıçısı seçilib.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının keçirdiyi sorğunun nəticələri göstərir.
30 yaşlı Noyer 56 ölkədən olan jurnalistlər və idman mütəxəssislərinin qatıldığı sorğuda 156 xal toplayaraq ardıcıl dördüncü dəfə hamını qabaqlayıb.
İkinci 91 xalla İtaliya millisi və “Yuventus”un qapıçısı Canluici Buffon, üçüncü isə 50 xalla Portuqaliya yığması və “Sportinq”in qapıçısı Rui Patrisio olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun