Dünya Bankı TANAP-ın tikintisinə 800 mln. dollar kredit ayırıb

Dünya Bankı TANAP-ın tikintisinə 800 mln. dollar kredit ayırıb
21 Dekabr 2016
Mətni dəyiş
Dünya Bankının (WB) Direktorlar Şurası Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə 800 mln. ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib. 
Kreditin 400 mln. dollarını Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC (SGC), 400 mln. dollarını isə Türkiyə dövlətinin zəmanəti ilə bu ölkənin "BOTAŞ" şirkəti alıb.
Qeyd edək ki, TANAP ümumi uzunluğu 3 500 km olan SGC layihəsinin 1 850 km-lik hissəsini əhatə edir. SGC vasitəsi ilə ilkin olaraq ildə “Şahdəniz 2” yatağının 16 mlrd. kubmetr qazının Avropaya nəqli planlaşdırılır ki, onun 6 mlrd. kubmetri Türkiyəyə, digər 10 mlrd. kubmetri isə Avropa ölkələrinə satılacaq.
TANAP-ın 58%-lik səhmi Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 30%-i "BOTAŞ"a, 12%-i BP-yə məxsusdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun